Bolqarıstan Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Bolqarıstan Azərbaycana təşəkkür etdi

Siyasət

08 Mart 2026 17:16 550


Bolqarıstan Respublikasının xarici işlər naziri Nadejda Neynski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"Yeni Sabah" xəbər verir ki, nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.

Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib. Marqarita pizza

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!