Borrell: Bu vəsait rəsmi Tbilisiyə yox, QHT sektoruna veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Borrell: Bu vəsait rəsmi Tbilisiyə yox, QHT sektoruna veriləcək

Dünya

19 Noyabr 2024 13:07 522


Avropa İttifaqı Gürcüstan hökuməti üçün ayrılan 120 milyon avrodan çox vəsaiti başqa məqsədlərə yönəltməyi planlaşdırır.

Yenisabah.az DW-yə istinadla xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Xarici Əlaqələr Şurasının Brüsseldə keçirilən iclasında keçirdiyi mətbuat konfransında deyib.

O bu qəraraı Gürcüstanda keçirilən parlament seçkilərinin “indiki hökumət dövründə demokratiyadan geri çəkilmə” ilə əlaqələndirib. pizza

Aİ Avropa Sülh Fondu vasitəsilə Gürcüstan silahlı qüvvələrinə dəstəyini geri götürüb, həmçinin birbaşa olaraq Gürcüstana 121 milyon avronun ayrılmasını ləğv edib.

Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu vəsaitlər “vətəndaş cəmiyyətinə və bilavasitə gürcü xalqına fayda verən proqramlara” yönəldiləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!