Boşanan qadın intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Boşanan qadın intihar etdi

Kriminal

13 May 2019 12:09 1263


Bakının Nizami rayonunda gənc ana intihar edib. Bu haqda Nizami rayon Polis İdarəsindən məlumat verilib. 

Məlumata görə, 30 yaşlı Heydərova Leyla Emin qızı mayın 11-də 07:00 radələrində rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının səkkizinci mərtəbəsindən özünü atıb.

Məlumata görə, intihardan əvvəl L.Heydərova iki azyaşlı uşağını keçmiş qayınanasının yanına aparıb. Daha sonra evə qayıdıb və özünə qəsd edib. Qadının bu yaxınlarda ərindən boşandığı bildirilir. pizza hut

Faktla bağlı rayon prokurorluğunda istintaq aparılır. Boşanmanın Heydərovanın psixi vəziyyətinə təsir etdiyi ehtimal edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!