Böyük Dəbilqə: 6 cüdoçumuz mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Böyük Dəbilqə: 6 cüdoçumuz mübarizəyə başlayır

İdman

03 İyun 2022 12:25 787


Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.  

Yenisabah.az xəbər verir ki, Azərbaycanın altı cüdoçusu mübarizəyə başlayacaq. Turan Bayramov (60 kq) 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) - Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.  Rövşən Əliyev (60 kq) bu raundda Daniel Lautgeb (Avstriya) - İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.

İsmayıl İbrahimov (66 kq) 1/16 finalda Yevgeni Qonçarkonun (Ukrayna), İbrahim Əliyev (66 kq) Sərdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq. pizza sifarişi

Qadınların yarışında Şəfəq Həmidova (48 kq) 1/8 finalda Nataşa Ferreyra ilə (Braziliya), Aişə Qurbanlı (48 kq) isə Amber Qersjeslə (Niderland) görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!