Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

İdman

04 Fevral 2023 19:25 782


Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub. pizza mizza

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!