Böyükşor gölündə meyit tapıldı

Böyükşor gölündə meyit tapıldı

Sosial Saytların hazırlanması

17 Mart 2023 14:27 474


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Xəbərə görə, meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!