“Bravo”dan açıqlama: “Xatirə İslama izahat verilib“

saytların hazırlanması

Evə çatdırılma

“Bravo”dan açıqlama: “Xatirə İslama izahat verilib“

Şou

27 Dekabr 2021 17:13 1449


Müğənni Xatirə İslamın “Bravo” supermarketdən aldığı vaxtı keçmiş toyuqla bağlı paylaşdığı video sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Xidmət və məhsul keyfiyyəti ilə hər kəsin rəğbətini qazanan supermarketdə yol verilən bu hal birmənalı qarşılanmayıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Axar.az-ın sorğusuna “Bravo”dan cavab olaraq bildirilib ki, şikayət barədə artıq müvafiq izahat Xatirə İslamın özünə təqdim olunub.

“Müştərinin şikayəti birbaşa özünə müvafiq izah formasında təqdim olunub. Bu barədə digər şəxslərə əlavə məlumat verə bilməyəcəyik”, - açıqlamada bildirilib. Sezar pizza

Qeyd edək ki, müğənni “Bravo” şəbəkəsinin Nəsimi rayonu Süleyman Rüstəm küçəsi-31 ünvanında yerləşən mağazasından “Siyəzən" toyuğu aldığını və içindən qurd çıxdığını bildirib.

Eyni zamanda, o, aldığı şirniyyatın da vaxtının keçdiyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!