Bu gün DÇ-2022-nin 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, Braziliya Cənubi Koreya ilə qarşılaşıb. Sambaçılar oyunun taleyini ilk hissədə 4 cavabsız qol vurmaqla həll ediblər. Asiya təmsilçisi fasilədən sonra bu qollardan birinin əvəzini çıxsa da, bundan artığını bacarmayıb.
1/4 finala yüksələn Braziliya millisi bu mərhələdə Xorvatiya ilə qarşılaşacaq. pizza mizza
DÇ-2022
1/8 final mərhələsi
5 dekabr
23:00. Braziliya - Cənubi Koreya - 4:1
Qollar: Vinisius Junior, 7, Neymar, 13-pen., Rişarlison, 29, Lukas Paketa, 36 - Seung-Ho Paik, 76
Baş hakim: Kleman Türpen (Fransa)
"974" stadionu
Telegram kanalımız