Braziliya millisinin baş məşqçisi Azərbaycan futbolunu aşağıladı

saytların hazırlanması

Evə çatdırılma

Braziliya millisinin baş məşqçisi Azərbaycan futbolunu aşağıladı

İdman

18 Avqust 2022 11:56 1211


Braziliya millisinin baş məşqçisi Tite Fransa millisinin üzvü Kilian Mbappenin Cənubi Amerikada futbolun rəqabət səviyyəsinin Avropadan aşağı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, PSJ-nin hücumçusu açıqlamalarının birində deyib:  “Cənubi Amerikada futbol Avropadakı kimi inkişaf etməyib. Ona görə də son dünya çempionatlarına nəzər salsanız, Avropa komandaları daim qalib gəlib”.

Tite  ESPN-ə Mbappenin söylədiklərinə cavab olaraq deyib: “Bəlkə Mbappe dünya çempionatının seçmə mərhələsindən yox, Millətlər Liqasından və ya Avropada yoldaşlıq oyunlarından danışır? Hörmətlə deyirəm ki, bizim Azərbaycan millisi kimi rəqibimiz yoxdur. Seçmə mərhələdə rahat nəfəs alaraq oynayacağımız heç bir rəqib yoxdur. Bu yaxınlarda Boliviyada, Uruqvayda oynamaq necə çətin olduğundan danışırdım... Təbii ki, Mbappenin o təcrübəsi mövcud deyil, bu haqda düşünməyib. Seçmə mərhələ oyunlarımızın hamısı çox çətin keçir. Bizim seçmə turnirimiz Avropadan qat-qat çətindir".  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!