Braziliya prezidenti səhiyyə naziri qarşısında tələb qoydu

saytların hazırlanması

Evə çatdırılma

Braziliya prezidenti səhiyyə naziri qarşısında tələb qoydu

Dünya

24 Avqust 2021 15:51 1039


Braziliya Prezidenti Jair Bolsonaru səhiyyə nazirindən Braziliyada maskalarının istifadəsinə son qoyulması üçün tarix təyin etməsini istəyəcək.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə prezident özü açıqlama verib.

O, radioya verdiyi müsahibədə əhalinin çoxu artıq peyvənd edildiyi və ya virusa yoluxduğu üçün maskalara ehtiyac olmadığını iddia edib. Marqarita pizza

Epidemioloqlar Braziliyada xüsusilə “Delta” variantının artmasına görə belə bir addım atmağın tez olduğunu söyləyirlər.

Hazırda Braziliya əhalisinin təxminən 60 faizi ilk dozanı vurdursa da, yalnız 25 faiz tam vaksinasiya olunub.

Qeyd edək ki, maska məsələsi Braziliyada siyasi bir mövzu halına gəlib, Bolsonaro uzun müddət onun istifadəsinə qarşı çıxıb və qanuni tələbə baxmayaraq, tez-tez ictimai yerlərdə taxmaqdan imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!