Ispaniyalı Xosep Qvardiola və italiyalı Karlo Ançelotti futbol üzrə Braziliya milli komandasının baş məşqçisi postuna iddialı sayılırlar.
Yenisabah.az "UOL sporte"yə istinadla xəbər verir ki, Braziliya Futbol Federasiyasının nümayəndələri onlarla potensial əməkdaşlıq barədə qeyri-rəsmi məsləhətləşiblər.
Braziliya millisinin baş məşqçi postu komandanın Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında uğursuz çıxışından sonra boş qalıb. Braziliyalılar əlavə vaxtda Xorvatiya üzərində qələbəni əldən verdilər və penaltilər seriyasında onlara uduzublar. Nəticədə Tite istefa verib. Marqarita pizza
Hazırda Qvardiola İngiltərənin "Mançester Siti", Ançelotti İspaniyanın "Real"ının baş məşqçisidir.
Telegram kanalımız