Braziliyada ac insanlar sümük üstündə bir-birini didir

saytların hazırlanması

Evə çatdırılma

Braziliyada ac insanlar sümük üstündə bir-birini didir

Dünya

04 Oktyabr 2021 16:11 1225


Korona epidemiyasından və artan inflyasiyadan əziyyət çəkən Braziliyada bəşəri faciəsi baş verir.

Yenisabah "Globo"ya istinadla xəbər verir ki, aclıq böhranının başladığı ölkədə insanların heyvan cəsədləri topladığı ortaya çıxıb.

Bu hadisənin görüntülərini çəkən müxbir bildirib: "İki gündür yata bilmirəm, hələ də gördüklərim gözümün önündən getmir” – deyə bildirib. Sezar pizza

Ət daşıyan yük maşını sürücüsü vəziyyətin dəhşətli olduğunu deyib: "Əvvəllər insanlar itlərinə sümük istəyirdi, indi isə özlərinə yemək hazırlamaq üçün sümükləri onlara verməyim üçün yalvarırlar”.

Yemək üçün heyvan cəsədləri yığınına hücum edən yoxsul braziliyalıların ürəkdağlayan fotoşəkilləri qısa zaman ərzində sosial şəbəkələr vasitəsilə dünyaya yayılıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!