Xalq artisti Brilliant Dadaşova yeni avtomobil alması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi illərdir eyni maşını sürdüyünü deyib:
"Hardadır təzə maşın?! 7 il əvvəl almışam. İndi də həmin maşını sürürəm. Hamı məni təbrik edir. Bəzi müğənnilər belə şeylərlə fəxr edirlər ki, maşın aldım. Mən onlardan deyiləm. Həm də axı almamışam”. pizza
Xatırladaq ki, bir müddət əvvəl Dadaşovanın 200 min manata “Mercedes GLS" markalı avtomobil aldığı xəbəri yayılmışdı.
Telegram kanalımız