Brilliant Dadaşova: “Murdar əməllərdən xəbərsiz idim” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşova: “Murdar əməllərdən xəbərsiz idim” - VİDEO

Şou

26 İyul 2023 20:48 1075


"Mən anasız böyümüş, gözəgəlimli, bir az sevimli, mahnılar oxuyanam. Bəzən mükəmməl, bəzən kaprizli, bir az yaramaz... Birdən gördüm, gözlər üzərimdədir. Elə bildim ki, böyümüşəm, artıq tale öz əlimdədir. Alçaqlardan, düzüb-qoşulan iftiralardan xəbərim yox idi. Tikdikləri torbalardan, atılacaq "palçıq"lardan xəbərsiz idim". 

Yenisabah.az xəbər verir ki ki, bu sözləri xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında paylaşıb. 

O, şər, böhtan atanlardan söz açıb:  pizza mizza

"Xəbərim yox cılız xislətli insanların murdar əməlindən, qazılan quyuların təməlindən. Elə bilirdim, güc yalnız bizi qoruyan qayalardadır. Qayaların üstündə gəzməkdən dizlərim qəlbim kimi hər zaman qanlı, yaralı olub. Ağacların başına dırmaşmaqdan başım daima bəlalı olub. Uşaqlıqdan Xəzərin dalğalarının əksinə üzdüyüm vərdişimlə dırnağımla, dişimlə gücə, qüvvəyə sinə gərməyə alışdım. Ömürboyu alın tərimlə, sənətimlə çalışdım. Bu minvalla dünyanı dolaşdım. Dərə, təpə çətinlikləri ruhumun gücüylə aşdım". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!