Brilliant Dadaşova: “Köpəklərdən qorunmaq qəlbin qərarı oldu“

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşova: “Köpəklərdən qorunmaq qəlbin qərarı oldu“

Şou

28 Yanvar 2022 16:31 1149


Xalq artisti Brilliant Dadaşova həyatda gördüyü haqsızlıqlardan gileylənib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi uşaqlıq illərini xatırlayıb:

"Mən balaca olanda qonşuda bir qızın gözəl anası var idi. Etdiyi pislikləri anası ört-basdır edirdi. Onun etdiyi yaramazlığı mənim üstümə yıxırdı. Hər zaman mən müqəssir idim. O, günahsız idi. Həyatın qanunun o vaxtdan öyrənmişəm. Arxalı köpək qurd basar. Əzbərləmişəm bunu. Amma geci-tezi var. Çox da gizli qalmayıb, yalanlar üzə çıxıb. Kiməsə quyu qazanlar heç vaxt xeyir tapmayıb. Ola bilər müvəqqəti tapıb. Hər şey yerində olur. Sən yazdığını yaz, gör Allah nə yazır. Aldığım bu dərslərin xeyri də az olmadı. Qartal uçar göylərdə, səmada. Arxası bərk olsa da, o da təkdir. Köpək yenə köpəkdir. Bu həyat məktəbinin bir də yararı oldu. Köpəklərdən qorunmaq qəlbin qərarı oldu". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ELMİRA
    BRİLLİANT-X., SALAM, SİZ HƏMİŞƏ DEYİRSİZ HÜSEYİN ARABLİNSKİ SİZİN QOHUMUNUZDIR, HANSI TƏRƏFDƏN? MƏNİM BABAMIN BACISI OGLUDIR, İSTƏRDİM ƏGƏR AİLƏVİ GƏDİMİ ŞƏKİLLƏR SİZDƏ VAR, MƏNƏ GÖSTƏRƏRDİNİZ.
    4 years ago