Britaniya və Almaniya İrana qarşı müharibəyə qoşulur? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Britaniya və Almaniya İrana qarşı müharibəyə qoşulur? - AÇIQLAMA

Dünya

02 Mart 2026 13:06 261


Böyük Britaniya və Almaniya ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı mövqelərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Britaniyanın xarici işlər naziri İvot Kuper ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında Londondan müdaxilə olmadığını təsdiqləyib.

Nazir bildirib ki, ölkəsi hələ də danışıqlar yolu ilə həll və diplomatik prosesin davam etdirilməsinə önəm verir. Pepperoni pizza

İvot Kuper deyib:

“Biz həmişə diplomatik prosesin tərəfdarı olmuşuq və ABŞ-ın İrana qarşı hərbi hücumlarında iştirak etməməyə, dəstək verməməyə qərar verdik”.

O, həmçinin ABŞ-ın bölgədəki hərbi bazalardan istifadə tələbinin məhdud və yalnız müdafiə məqsədli olduğunu vurğulayıb və əlavə edib: “Biz hesab edirik ki, diplomatik proses davam etməlidir və bu, bizim mövqeyimizin əsasını təşkil edir”.

Almaniya isə İrana qarşı müharibəyə qoşulmaq niyyətindədir. Bu iddianı İsrail Ordusu Radiosu irəli sürüb. Almaniya hərbi və siyasi rəsmiləri radioya bildirib ki, Almaniya İranla mübarizəyə qoşulmağı ciddi şəkildə nəzərdən keçirir və artıq ABŞ ilə hava zərbələrində iştirakdan tutmuş hərbi və hava dəstəyi göstərməyə qədər mümkün addımların planlaşdırılmasına başlayıb.

Amma rəsmi Berlin bu məlumatı təsdiqləməyib. Almaniyanın xarici işlər naziri İohann Vadeful deyib ki, ölkəsi İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək.

“Federal hökumətin münaqişədə iştirak etmək kimi bir niyyəti yoxdur. Üstəlik, bizim lazımi hərbi resursumuz yoxdur. Lakin, hərbçilərimiz hücuma mərzu qalsalar, özlərini müdafiə edə bilərlər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!