Britaniyadan Azərbaycana dəstək gəldi

saytların hazırlanması

Evə çatdırılma

Britaniyadan Azərbaycana dəstək gəldi

Siyasət

09 Mart 2026 15:28 428


Martın 9-da Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. 

Bu barədə “Yeni Sabah”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.  

Tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub. pizza

 Birləşmiş Krallıq tərəfi İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb. 

Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. 

 Telefon danışığı zamanı həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!