Britni Spirs  nişanlanan kimi “İnstagram” hesabını sildi

saytların hazırlanması

Evə çatdırılma

Britni Spirs  nişanlanan kimi “İnstagram” hesabını sildi

Şou

17 Sentyabr 2021 07:41 553


Amerikalı pop müğənni Britni Spirs sevgilisi Sem Əsgəri ilə nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib. 

Müğənni bu barədə özünün "Twitter" hesabında yazıb. Hazırda məşhurun sosial şəbəkədə profilinə baxmaq mümkün deyil, ora daxil olanda "Üzr istəyirik, bu səhifə əlçatmazdır" mesajı görünür.

Amerikalı pop-ulduz "Instagram" hesabını silmək qərarını bir az fasilə götürmək istəyi ilə izah edib. Toyuqlu pizza

"Uşaqlar, narahat olmayın... Nişanımı qeyd etmək üçün sosial mediaya bir az ara verirəm!!! Tezliklə qayıdacağam", - deyə o bildirib.

Ancaq bəzi istifadəçilər müğənninin hesabı özünün sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı. Pərəstişkarları Spirsdən qərarını canlı yayımda açıqlamasını istəyiblər.

Qeyd edək ki, ifaçının sosial şəbəkədə 34 milyondan çox izləyicisi var idi.

Xatırladaq ki, Spirs 2004-cü ildə uşaqlıq dostu Ceyson Allen Aleksandra ərə getsə də, 55 saat sonra evliliyi ləğv etmişdi. 2004-2007-ci illərdə isə Kevin Federlin ilə evli olub. /Sputnik.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!