BTC ilə neftin nəqli azaldı

saytların hazırlanması

Evə çatdırılma

BTC ilə neftin nəqli azaldı

İqtisadiyyat

15 Avqust 2025 16:46 383


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft kəmərləri ilə 21 553,9 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,3% azdır.

Yenisabah.az xəbər verir ki, nəqletmənin 75%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 16 156,1 min ton neft ötürülüb. Bu, illik müqayisədə 5,9% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6%-i və ya 13 510,2 min tonunu Azərbaycanda hasil edilən neft (3,2% azalma), 16,4%-i və ya 2 645,9 min tonunu (17,7% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. pizza sifarişi

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!