Yay aylarında artıq çəkinizdən xilas ola bilmirsinizsə, bu barədə diqqətli olmağınız məsləhətdir.
Yenisabah.az türkiyəli dietoloq Meltem Tombulun 3 məsləhətini oxuculara təqdim edir.
Dietoloqun sözlərinə görə, yaz aylarında başlayan arıqlama cəhdləri çox vaxt nəticə vermir və bu proses, adətən, yay fəslinə qalır: pizza sifarişi
“Ancaq günlər uzandıqca, insanların hərəkət templəri artsa da, bəzi səhv qidalanmalar yayda arıqlamağın qarşısını alır”.
1.Mütəxəssis dəstəyi olmadan pəhriz saxlamağa çalışmaq:
Pəhriz şəxsidir. Şüursuz şəkildə tətbiq olunan qısa müddətli proqramlar nəticəsində itirilən çəki yağdan deyil, əzələdəndir. Bundan əlavə, şişkinlik bədəndə bir reaksiya olaraq meydana gəlir. Məhz bu səbəbdən pəhrizdən sonra çəkidə görünən mənfi nəticələr 1-2 həftə ərzində geri qayıdır. Bədəndə qısa müddətdə yaşanan əzələ itkisi nəticəsində maddələr mübadiləsi sürətində azalma, yağ yandırma funksiyasında yavaşlama və maddələr mübadiləsinin yavaşlaması nəticəsində piylənmə meyli artır.
Həll yolu nədir?
Şüursuz arıqlama nəticəsində əzələ itkisi və pozulmuş biokimyəvi parametrlər (qan dəyərləri-red.) ən çox görülən faktlar arasındadır. Bu səbəbdən qısamüddətli vədlər verən yay pəhrizlərin siyahısı ekspert tərəfindən təsdiqlənmədən hazırlanmamalıdır.
Detoks sözü, əslində, detoksifikasiya sözündən yaranıb və zəhərli maddələrin bədəndən fizioloji şəkildə çıxarılmasını nəzərdə tutur. Yəni orqanizmin sağlam qaraciyər, böyrəklər, bağırsaqlar, limfa sistemləri vasitəsilə heç bir pəhrizə ehtiyac olmadan gündəlik həyata keçirdiyi fizioloji prosesdir. Əgər insanın bu orqanlarda sağlamlıq problemi varsa, bütün şüursuz hərəkətlərdən qaçmaq lazımdır. Orqanların öz-özünə yerinə yetirdiyi bu işdə onlara dəstək olmaq üçün ən təbii üsul olan su içməyə üstünlük verməlisiniz. Gündəlik həyatınıza hər hansı bir fiziki aktivlik əlavə edərək əzələ kütlənizi artırmağa çalışmalısınız.Əzələ kütləsi artdıqda, maddələr mübadiləsi sürətlənir və yağ yandırılır.
2. İçkiləri böyük stəkanlarda içmək
Təəssüf ki, son illərdə meyvə şirəsi və spirtli içkilər böyük stəkanlarda müştərilərə təqdim edilir. Təbii ki, bu içilən mayelər arasında təzə sıxılmış meyvə şirəsi kimi digər mayelərlə müqayisədə başqa faydalı içkilər də var. Təbii meyvə şirəsi sağlamlığa müsbət təsir etsə belə, hər zaman onun miqdarına diqqət yetirmək lazımdır. Sərinləmək üçün üstünlük verilən içkilərin kaloriləri nəzərə alınmadıqda, arıqlamaq çətinləşir və artıq çəki yenidən geri qayıdır.
Nə etməli?
Arıqlamaq üçün meyvədən yemək məqsədilə istifadə etmək və ya meyvə ilə yemək düzəltmək istəyən şəxslər nahara qədər ağartı məhsullarndan istifadə edə bilər. Qazlı su içməyi azaltmaq üçün mineral su seçərək bu ehtiyacı ödəyə bilərsiniz. Sadə mineral su içə bilmirsinizsə, ona dad əlavə etmək üçün sevdiyiniz meyvəni əzə, təzə nanə-limon kimi ləzzətlərlə tamamlaya və ya əzilmiş-dilimlənmiş meyvələrlə buz dənəcikləri yaradaraq onu içkinizə qarışdıra bilərsiniz.
3. Yüksək kalorili qəhvələrə üstünlük vermək
Gündəlik kalori qəbulu karbohidratlar, zülallar və yağlar kimi əsas ehtiyaclar əsasında hesablanır. Gündəlik kalori ehtiyacının böyük hissəsi yüksək kalorili içkilərlə qarşılansa da, sağlam qidalanmada məsələ kalorilərin sayılması deyil, kalorilərin qida qruplarına balanslı paylanmasını təmin etməkdir.
Və sonda...
Sadə türk qəhvəsi, südlü və ya sadə filtrli qəhvə, “Espresso”, “Americano”, “Latte” kimi çeşidlərlə qəhvə seçiminizi dəyişdirərək, həm artıq kalori qəbulundan qaça, həm də metabolik iş sürətinizi müsbət şəkildə dəstəkləyə bilərsiniz. Bununla siz gündəlik 300-400 mq kofein ehtiyacınızı tamamlayacaqsınız.
Gülxanım ƏLİYEVA
Telegram kanalımız