Bu adam qonşuları bezdirib: Cadu edir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bu adam qonşuları bezdirib: Cadu edir? - Video

Hadisə

15 İyul 2023 13:53 1224


İstanbulda bir ailə tanımadığı şəxsə görə kabus yaşayır.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  təxminən 1 il yarımdır bir nəfər ailənin yaşadığı evə gələrək pəncərələrinə maye tökür, evin ətrafına müxtəlif işarələr yazılmış kağız parçaları qoyub gedir. 

Ailə başlarına gələni araşdıranda cavab “Sizə cadu edilir” olub. Ailə qorxuya düşərək təhlükəsizlik kamerasına düşən  görüntüləri açıb və həmin şəxsin bir küçə yuxarıda yaşayan qonşuları olduğunu görüb.   Toyuqlu pizza

Ailə hər səhər qonşularının gəldiyini deyib:

"Qadın sübh çağı çıxır, əlində plastik butulka ilə gəlir, içində də nə olduğu bilinmir. Ətrafa kağızlar düzür, kağızda nə olduğu bilinməyən yazılar var".

Ailə qonşularından şikayətçi olmadığını bildirib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!