“Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb.Türkiyə Yüksək Seçki Qurumunun bu gün verdiyi qərara əsasən, iyunun 23-də İstanbul bələdiyyəsinə seçkilər yenidən keçiriləcək”.
Bu sözləri “Yeni Sabah”a siyasi şərhçi Əlabbas Məhərrəmov deyib. O bildirib ki, qərar həqiqətən də şok effekti yaratdı:
“Belə bir qərarın veriləcəyi ehtimal olunsa da, o qədər də gözlənilmirdi. Qısa olaraq onu deyə bilərəm ki, 23 iyun seçkilərini də Əkrəm İmamoglu qazanarsa, bu, AKP hakimiyyətinə ciddi zərbə olacaq 23 iyun seçkiləri gərginliyinə görə, 31 mart seçkilərini geridə qoyacaq. Həm hakimiyyət, həm müxalifət bütün resurslarını bu seçkilərə cəlb edəcək. Ciddi müşahidə nəzarəti təşkil olunacaq. Məncə, kənar amillərin təsiri olmasa, İmamoğlu yenə qalib gələcək. Dördpendirli pizza
Telegram kanalımız