“Bu axmaqlıq nə zaman bitəcək?” - Növbəti irqçilik qalmaqalı 

saytların hazırlanması

Evə çatdırılma

“Bu axmaqlıq nə zaman bitəcək?” - Növbəti irqçilik qalmaqalı 

İdman

23 Dekabr 2019 12:08 1136


Dünən İmgiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Tottenhem" - "Çelsi" (0:2) matçında irqçilik halı yaşanıb.

"Yeni Sabah" "Mirror" nəşrinə istinadən xəbər verir ki, qonaq komandanın futbolçusu Antonio Rudiger iqrçi şüarlara məruz qalıb. 

Oyun sonrası "Tottenhem" bununla bağlı bəyanat yayıb. Bəyanatda həmin azarkeşlərin tapılaraq cəzalandırılacağı bildirilib.  Dördpendirli pizza

26 yaşlı müdafiəçi şəxsi "Tvitter" hesabından gördüyü münasibətə cavab olaraq bu sözləri yazıb:

"Futbolda növbəti dəfə iqrçilik görmək üzücüdür. Amma bunu insanların önündə həll etmək lazımdır. Əgər bunu etməsək, mövzu yenə hər zamankı kimi unudulub gedəcək. "Tottenhem" bu məsələdə cavabdeh deyil, çünki bilirəm ki, bunda sadəcə bir neçə axmaq günahkardır. Sosial şəbəkədə bir çox "Tottenhem" azarkeşlərindən də dəstək mesajı aldım, bunun üçün ayrıca təşəkkür edirəm. Ümid edirəm ki, irqçilik edənlər qısa zaman ərzində tapılıb cəzalandırılacaq. Belə müasir stadionda, o qədər kameraların olduğu yerdə həmin insanların tapılıb cəzalandırılması çətin olmaz deyə düşünürəm. İrqçiliyin 2019-da hələ də var olması, davam etməsi utancvericidir. Bu axmaqlıq nə zaman bitəcək?"

Qeyd edək ki, futbolçu matçın 61-ci dəqiqəsində irqçiliyə məruz qalıb. Hakimin qərarı ilə fasilə elan edilib, baş hakimin növbəti qərarı ilə bununla bağlı stadionda səsləndirmə edilib.

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!