"Qarabağ" klubu üç futbolçusu ilə yollarını ayırıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. Marqarita pizza
"Qarabağ"da icarə əsasında çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.
Qeyd edək ki, yeni mövsümə hazırlıqlarını davam etdirən "Qarabağ" klubu ilk transferini edib. Ağdam təmsilçisi "Omonia"da çıxış edən 25 yaşlı fransalı futbolçu Jali Muaddib 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Telegram kanalımız