Elza Seyidcahan oxucularını təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan oxucularını təhqir etdi

Şou

23 May 2026 15:09 203


"Azərbaycan tamaşaçısı mənim qeyri-adiliklərimə hazır deyildi. Amma çox sevinirəm ki, onları əhilləşdirdim. Deyirlər, heyvanı əhilləşdirəndən sonra sirkdə onunla ünsiyyətdə ola bilərsən. Yəni heyvan səni parçalaya da bilər. Əhilləşdirirsən, səni parçalamır".

"Yeni Sabah" Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni şeirlərini tənqid edənlərdən danışıb: pizza sifarişi

"Mən isə vəhşi oxucuların içinə girə bildim. Onlar məni başa düşdülər, fanatlarıma çevrildilər, şeirlərimə vaxt sərf edib səhnəciklər qurdular. Hələ də onun fəlsəfəsini açırlar.

Pandemiya dövründə şeirlərim bir çox insanı stresdən, depressiyadan, intihardan, xəstəlikdən xilas etdi. Bunu özləri etiraf edirdilər. Evimə gəlib kitabımı istəyiblər. İndi də istəyənlər var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!