Azərbaycan XİN Çinə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Çinə başsağlığı verdi

Siyasət

23 May 2026 10:45 90


Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı verib.

"Yeni Sabah"ın xəbərinə görə başsağlığı mətnində deyilir:

"Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş faciəvi partlayış nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması bizi dərindən kədərləndirdi. Sezar pizza

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların hər birinə tezliklə tam sağalma arzulayırıq.

Xilasetmə və bərpa işlərində iştirak edən aidiyyəti qurumlar və fövqəladə hallar əməkdaşları ilə həmrəy olduğumuzu bildirir, bu faciədən zərər çəkən hər kəsin kədərini bölüşürük".

Qeyd edək ki, Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz sızması səbəbindən güclü partlayış olub. Nəticədə 82 nəfər ölüb, xəsarət alanlar var.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!