Bu gün “Neftçi“nin oyunu var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Neftçi“nin oyunu var

İdman

23 May 2026 09:58 117


Bu gün Misli Premyer Liqasında souncu - 33-cü turun növbəti oyunları keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. "Kəpəz" komandası çempion "Neftçi" ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra "Kəpəz" 27 xalla 10-cu, "Neftçi" klubu isə 56 xalla dördüncü sırada qərarlaşıb. Dominos pizza

Günün son matçında isə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Xatırladaq ki, aktivində 43 xalı olan "Araz-Naxçıvan" komandası turnir cədvəlinin altıncı, 53 xalı olan Rəşad Sadıqovun kollektivi isə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.

Misli Premyer Liqası

XXXIII tur

23 may

15:00. "Kəpəz" - "Neftçi"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev;

VAR: Elçin Məsiyev;

AVAR: Kamran Bayramov;

Hakim-inspektor: Orxan Məmmədov;

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

19:00. "Araz-Naxçıvan" - "Zirə"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov;

VAR: Kamal Umudlu;

AVAR: Asiman Əzizli;

Hakim-inspektor: İmanxan Sultani;

"SOCAR Polymer Arena".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!