Azərbaycanlı rejissor Türkiyədə beynəlxalq mükafata layiq görüldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı rejissor Türkiyədə beynəlxalq mükafata layiq görüldü

Mədəniyyət

22 May 2026 20:47 162


Azərbaycanlı rejissor Səidə Haqverdiyeva Türkiyədə keçirilən "Gümüş karyera" beynəlxalq mükafatına layiq görülüb.

"Yeni Sabah" xəbər verir ki, Ankarada keçirilən mükafatlandırma mərasimində Türkiyənin dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, sənət adamları və diplomatik korpus üzvləri iştirak ediblər.

Bildirilib ki, artıq dördüncü dəfədir baş tutan tədbirdə Azərbaycanı teatr və kino rejissoru Səidə Haqverdiyeva təmsil edib. O, kino və teatr sahəsində milli-mənəvi dəyərlərin sənət vasitəsilə təbliği, həmçinin Qarabağ müharibəsinin ağrılarını və insan talelərini əks etdirən "Köhnə çamadanlar" filminin beynəlxalq təqdimatına görə "Gümüş karyera" mükafatına layiq görülüb. pizza sifarişi

Səidə Haqverdiyeva çıxışında mükafatı yalnız şəxsi yaradıcılığının deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin və qadın sənətkarlarının uğuru kimi qiymətləndirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!