Bakının bu küçəsi ilə bağlı   MÜHÜM YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçəsi ilə bağlı MÜHÜM YENİLİK

Sosial

22 May 2026 18:53 131


Bakının Həsən Əliyev küçəsində nəqliyyat vasitələri üçün xüsusi minib-düşmə yeri yaradılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, sözügedən küçədə mövcud olan parklanma yerinin bir hissəsi ləğv edilərək, yaxınlıqdakı sosial xidmət və tibb müəssisələrinə gələn vətəndaşlar üçün əlavə şərait yaradılıb. Marqarita pizza

Ərazidə "Durmaq qadağandır" yol nişanı quraşdırılmaqla sərnişinlərin minib-düşməsi üçün xüsusi yer təşkil olunub. Eyni zamanda, əraziyə "Minik taksilərinin duracaq yeri" yol nişanı da yerləşdirilib ki, bu da taksilərin sərnişinləri rahat şəkildə düşürmələrinə imkan verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!