Növbəti mövsüm “Misli” Premiyer Liqasında çıxış edəcək paytaxtın “Şəfa” klubunda yeni təyinat olub.
“Yeni Sabah” xəbər verir ki, Heybət Məmmədov klubun mətbuat katibi vəzifəsinə təyinat alıb.
O, idman jurnalistidir və müxtəlif mətbuat orqanlarında çalışıb. pizza hut
Xatırladaq ki, “Şəfa” klubu 1998-ci ildə Bakının Keşlə qəsəbəsində yaradılıb. Uzun illər əsas liqadan uzaq düşən komanda bu mövsümü Birinci dəstənin 2-ci pilləsində başa vurub və əsas liqaya vəsiqə qazanıb.
Nazim Hacıyev

Telegram kanalımız