UN-Habitat rəhbəri: Azərbaycan dünyaya yenidən qurmaq bacarığını göstərdi

saytların hazırlanması

Evə çatdırılma

UN-Habitat rəhbəri: Azərbaycan dünyaya yenidən qurmaq bacarığını göstərdi

Siyasət

22 May 2026 16:11 81


BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində deyib.

O, Azərbaycanın dayanıqlılığını, qətiyyətini və forumun təşkilinə göstərdiyi yüksək səviyyəli öhdəliyi xüsusi vurğulayıb. Marqarita pizza

“Azərbaycan dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq və transformasiya etmək bacarığını göstərdi”, – Rossbax qeyd edib.

UN-Habitat rəhbəri bildirib ki, son iki il ərzində Azərbaycan forumun məzmunlu, innovativ və təsirli şəkildə keçirilməsi üçün yorulmadan çalışıb.

Rossbax həmçinin forumun təşkilində iştirak edən dövlət qurumlarına, BMT əməkdaşlarına, könüllülərə, xidmət təminatçılarına, tərəfdaşlara və media nümayəndələrinə təşəkkür edib.

O vurğulayıb ki, Bakıdan verilən çağırışın bütün dünyaya çatdırılması vacibdir və qlobal şəhər icması əldə olunan bilik, təcrübə və ideyalardan faydalanmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!