Müğənni “küftə-bozbaş” məclislərinə etiraz: “500 kişi ilə öpüşüb-görüşə bilmərəm”

saytların hazırlanması

Evə çatdırılma

Müğənni “küftə-bozbaş” məclislərinə etiraz: “500 kişi ilə öpüşüb-görüşə bilmərəm”

Şou

22 May 2026 17:51 131


Müğənni Vüqar Muradov sosial şəbəkədə paylaşımı ilə müzakirə yaradıb.

“Yeni Sabah” xəbər verir ki, ifaçı həmkarlarına müraciət edərək onu ailəvi olmayan məclislərə çağırmamağı xahiş edib:

“Çox dəyərli musiqiçi dostlarım, xahiş edirəm məni ailəvi olmayan, küftə-bozbaş verilən məclislərə dəvət etməyin. Çünki cəmi 500-600 kişi olur, ən azı 400 nəfərlə öpüşüb-görüşmək yorucudur. Normal bildiyimiz bəy-gəlin toyu edib dəvət edin, gəlim, pulumu yazdırım, ifa edim. Çünki mən özüm gələcəkdə nə özümə, nə də övladıma küftə-bozbaş məclisi etməyəcəyəm. Anlayışla qarşılayacağınıza əminəm. Hər kəsə xoşbəxtlik arzu edirəm”. Sezar pizza

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalıya toy edib. Məclisin yalnız kişilər üçün təşkil olunmuş və qonaqlara küftə-bozbaş təqdim edilmişdi. Buna görə də sosial şəbəkə istifadəçiləri isə Vüqar Muradovun paylaşımını məhz Tacir Şahmalıoğluna atmaca kimi qiymətləndiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!