Heç kim Ermənistanın Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxmasını istəmir.
"Yeni Sabah" Vesti-yə istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bilirsiniz, vəziyyət çox qəribədir, əhəmiyyətsiz deyil, çünki heç kim Ermənistanın Aİİ-dən çıxmasını istəmir və Ermənistan liderləri də Aİİ-dən çıxmaq istəmədiklərini deyirlər", - o bildirib. Dördpendirli pizza
O, Rusiyanın Ermənistanın ittifaqda qalmasını istədiyini vurğulayıb. "Ermənistanın Aİİ-də qalmasının və son illərdə Aİİ-də olduğu kimi eyni tempdə inkişaf etməsinin və çiçəklənməsinin tərəfdarıyıq".
Telegram kanalımız