Səkkizqat "Qızıl top" sahibi, argentinalı ulduz Lionel Messinin sərvəti 1 milyard dollarlıq həddi geridə qoyub.
"Yeni Sabah" xəbər verir ki, bununla da o, portuqaliyalı Kriştianu Ronaldudan sonra milyarder statusuna çatan ikinci futbolçu kimi tarixə düşüb.
Bildirilib ki, hazırda "İnter Mayami"nin şərəfini qoruyan 38 yaşlı Messi maaş və bonus ödənişləri şəklində təqribən 700 milyon dollar gəlir əldə edib. Onun qazancının 1 milyard dollarlıq həddə çatması isə sponsorluq müqavilələri və "digər gəlirlər" sayəsində mümkün olub. pizza
Milyarderlər indeksinə daxil edildiyi vaxt 41 yaşlı Ronaldunun sərvəti 1,4 milyard dollar təşkil edirdi. Beşqat "Qızıl top" sahibi olan portuqaliyalı ulduz 2022-ci ildən Ər-Riyadın "Ən-Nəsr" klubunda çıxış edir.
Qeyd edək ki, "İnter Mayami"yə keçməzdən əvvəl Messi "Barselona" və PSJ formalarını geyinib. O, 2023-cü ildən Florida klubunu təmsil edir. Hücumçu Argentina millisinin heyətində dünya çempionu (2022) və ikiqat Amerika Kubokunun qalibi (2021, 2024) olub, həmçinin Olimpiya Oyunlarının qızıl medalını (2008) qazanıb. Ümumilikdə aktivində 48 kubok olan Messi, futbol tarixində ən çox titul qazanan oyunçudur./Oxu.az
Telegram kanalımız