İman Mustafayev vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İman Mustafayev vəfat etdi - FOTO

Hadisə

22 May 2026 23:36 136


Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam və heykəltəraş İman Mustafayev vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib. 

İ.Mustafayev uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.  pizza mizza

Mərhum sabah dəfn ediləcək.

Qeyd edək ki, İmanverdi Mustafayev 13 noyabr 1955-ci ildə Salyanda dünyaya göz açıb. Neftçala rəssamlıq məktəbinin uğurlu simalarından biri olan sənətkar ilk rəssamlıq dərslərini bu məktəbin yaradıcısı Adil Hacıyevdən alıb. O, sonralar təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində davam etdirərək, rəngkarlıq-heykəltəraşlıq ixtisasını bitirib. Müntəzəm olaraq dövlət sərgilərində iştirak edən İmanverdi Mustafayevin müxtəlif illərdə fərdi sərgiləri açılıb. O, həmçinin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Estoniya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı olub. Əsasən realizm üslubunda əsərlər yaradan fırça ustası mənzərə və portret janrlarına daha çox müraciət edib. Rəssam tablolarında daha çox milli ruha üstünlük verib. Bu tablolar öz koloriti ilə həmişə tamaşaçı diqqətini çəkib. Bunlara "Ulu öndər Heydər Əliyev", "Xəlil Rza Ulutürk", "Oqtay Rza", "Həsən Məmmədov", "Qara çənlər", "Köhnə şəhər", "Uğurlu ov", "Vətəgədə", "Kür mənzərəsi", "Aynalı körpü" və digər əsərlərini aid etmək olar. İmanverdi Mustafayev həm də heykəltəraş kimi "Akademik", "Atamın büstü", "Milli Qəhrəman Nazim Babayev", "Şəhid Ziyad Əhmədov" və digər abidə və büstlərin müəllifidir. Onun yaratdığı rəsm əsərləri və büstlər ölkəmizdə və xaricdə müxtəlif qalereyalar, muzeylər və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Qeyd edək ki, İmanverdi Mustafayev həm də Salyan Dövlət Rəsm Qalereyasının qurucusu olub və 36 il bu sənət ocağına rəhbərlik edib.

Allah rəhmət eləsin!

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!