Şahbaz Şərif Çində rəsmi səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Şahbaz Şərif Çində rəsmi səfərdədir

Dünya

23 May 2026 15:59 138


Pakistanın Baş naziri Şahbaz Şərif Çində rəsmi səfərdədir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin dəftərxanası məlumat yayıb.

Pakistan nümayəndə heyətinin tərkibinə həmçinin xarici işlər naziri Məhəmməd İshaq Dar da daxildir. pizza hut

XİN başçısı "X" hesabında qeyd edib ki, Pakistanın Baş naziri Xançjouda Çjetszyan əyalətinin partiya rəhbərliyi ilə görüşəcək.

Şərif həmçinin Pakistan və Çin şirkətləri arasında əməkdaşlığın inkişafı məqsədilə təşkil olunmuş biznes-forumda iştirak edəcək.

Dar qeyd edib ki, səfər çərçivəsində sazişlərin və anlaşma memorandumlarının imzalanması planlaşdırılır.

Bundan başqa, Pakistan Baş nazirinin iri Çin şirkətlərinin rəhbərləri ilə görüşləri olacaq.

Qeyd edək ki, Şərifin Çinə səfəri mayın 26-dək davam edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!