Ombudsman abituriyent valideynlərinə   ÇAĞIRIŞ ETDİ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman abituriyent valideynlərinə ÇAĞIRIŞ ETDİ - VİDEO

Sosial

23 May 2026 13:28 96


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva cəmiyyətimizi abituriyentlərə qarşı anlayışlı və dəstəkləyici mövqe nümayiş etdirməyə çağırıb.

“Yeni Sabah” xəbər verir ki, Ombudsman imtahan dövrünün gənclər üçün həssas mərhələ olduğunu bildirib və hər bir şəxsin həyat və sağlamlığının ali dəyər hesab edildiyini vurğulayıb. Qeyd olunub ki, imtahanlar həyat yolunun vacib mərhələlərindən biri olsa da, insanın gələcəyini və potensialını müəyyən edən yeganə meyar deyil. Müasir dünyada uğura aparan yolların müxtəlif olduğu və hər bir gəncin qarşısında fərqli imkanların mövcudluğu diqqətə çatdırılıb.

Səbinə Əliyeva imtahan prosesi ilə bağlı həyəcan və narahatlıq hisslərinin təbii olduğunu qeyd edərək, gənclərə emosional vəziyyətlərinə diqqət yetirməyi, ehtiyac yarandıqda ailələri, müəllimləri və ya mütəxəssislərlə fikir bölüşməyi tövsiyə edib. O bildirib ki, hər bir nəticə yeni imkanlar və gələcək inkişaf üçün təcrübədir. Toyuqlu pizza

Müraciətdə valideynlərə də çağırış olunaraq vurğulanıb ki, imtahanlar ərəfəsində və sonrakı dövrdə abituriyentlər arasında riskli davranışlar müşahidə olunur. Bu həssas dönəmdə gənclərə dəstək olmaq, onları anlayışla dinləmək və motivasiyaedici münasibət göstərmək vacib hesab edilib. Həmçinin bildirilib ki, imtahan nəticələri gənclərin şəxsiyyətini və dəyərini müəyyən edən göstərici kimi qəbul edilməməlidir.

Ombudsman əlavə edib ki, ailədaxili sağlam və dəstəkləyici mühit gənclərin psixoloji rifahına müsbət təsir göstərir. Bununla yanaşı, aidiyyəti dövlət qurumları, təhsil müəssisələri və media nümayəndələrinin də xüsusi həssaslıq nümayiş etdirməsinin vacibliyi qeyd olunub.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!