Hazırda ləğv prosesində olan “Muğanbank” ASC-nin baş ofisi əlindən alınıb.
“Yeni Sabah”ın xəbərinə görə, bank Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanındakı baş ofisindən çıxarılıb.
“Muğanbank” bundan sonra Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşəcək. Həmin ofisdə ləğv prosesində olan daha bir bank - "Amrahbank" da fəaliyyət göstərir. Dördpendirli pizza
Qeyd edək ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Mərkəzi Bankın 18 oktyabr 2023-cü il tarixli qərarı ilə lisenziyası ləğv edilib.
“Muğanbank” Milli Məclisin keçmiş deputatı, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə məxsusdur.
Telegram kanalımız