Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 6-da keçiriləcək imtahanlarda 33 min 315 nəfərin iştirakı nəzərdə tutulur.
Yenisabah.az xəbər verir ki, imtahanda 33315 (Bakıda 11943, Naxçıvanda 1543, Gəncədə 2242, Şəmkirdə 637, Qazaxda 656, Ağstafada 197, Sumqayıtda 1719, Abşeronda 1181, Mingəçevirdə 1295, Şəkidə 1424, Bərdədə 1781, Göyçayda 732, Kürdəmirdə 508, Şirvanda 911, Sabirabadda 969, Salyanda 1108, Lənkəranda 1726, Cəlilabadda 705, Qubada 343, Xaçmazda 1695) nəfərin iştirakı nəzərdə tutulur.
Bazar günü : pizza mizza
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.
Telegram kanalımız