“Bu biabırçılığa son qoyaq!” – Xoşqədəm Hidayətqızı

saytların hazırlanması

Evə çatdırılma

“Bu biabırçılığa son qoyaq!” – Xoşqədəm Hidayətqızı

Şou

07 Avqust 2019 09:50 4250


Teleaparıcı Xoşqədəm Hidayətqızı 17 yaşlı Gülərin və Aysunun intiharına reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, aparıcı “Instagram” hesabında bu barədə yazıb: 

“Günlər öncə bu az yaşlı balamız intihar etdi.  Və indi də Aysun... O da erkən nikaha etiraz olaraq canına qıydı. pizza sifarişi

2010-cu ildən bu yana erkən nikaha qarşı mübarizə aparıram, kimsədən nə isə gözləmədən. Yaxşı, bəs nəticə? Göstərdiyimiz o qədər talelər, etirazlar və s. heç mi doğru yola gəlməyə kömək etmədi və ya övladlarını erkən nikaha cəlb edən neçə valideyn həbs edildi, layiqli cəzasını aldı?! Neçə nəfər???  Mən tək o valideynlərin yox, onlara bu işdə kömək edən, yol göstərən hər kəsin cəzalanmasını istəyirəm. Bu talesiz, həyatlarına qıyan fidanların ölümünə səbəb olduğunuza görə bu dünyada cəzanızı almasanız da, o biri dünyada yeriniz cəhənnəmdir, bilin!!! 

Və lütfən, bu biabırçılığa son qoyaq,  fidanlarımızın ölümünə aparan yolu bağlayaq!”

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!