Çox insanlar bilir ki, yaşıl çay xeyirlidir. Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. Bu bitkinin faydaları haqda bir kitab yazmaq olar.
Yenisabah.az yaşıl çayın faydalarını təqdim edir:
Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən - şlaklardan, toksinlərdən təmizləyir və nəticədə, immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır. Toyuqlu pizza
Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir.
Yaşıl çay yaxşı sidikqovucudur. Bu onu böyrək, sidik yolları və sidik kisəsi xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca xeyirli edir.
Bu bitki əqli və fiziki aktivliyi artırır, əhval-ruhiyyəni qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayın axşam vaxtlarında qəbul etməyi məsləhət görmürlər. Bu sizin rahat və tez yuxuya getməyə mane olur.
Yaşıl çay yaddaşı və diqqəti möhkəmləndirir, sinir sisteminə müsbət təsir edir.
Mədə-bağırsaq sistemi üçün çox xeyirlidir.
Yaşıl çay arterial təzyiqini aşağı salır və bu səbəbdən hipotoniyadan (arterial təzyiqin daim aşağı olması) əziyyət çəkən insanlar yaşıl çayı qəbul etməməlidirlər.
İltihab əleyhinə təsirinə malik olan bu möcüzəvi çay kariyesin və damaqların iltihabının ən yaxşı profilaktikasıdır.
Qeyd edək ki, yaşıl çayın bütün bu faydalı xüsusiyyətlərindən yalnız onu daim qəbul etdiyiniz halda faydalanmaq olur.
Telegram kanalımız