“Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir” - Mehriban Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir” - Mehriban Əliyeva

Siyasət

17 Oktyabr 2020 16:39 989


"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?"

Yenisabah.az xəbər verir ki, bu sözləri Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb.

O bildirib ki, bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür: pizza mizza

"Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!