Ermənistan Müdafiə Nazirliyi yeni yaradılan “qadın batalyonu”na qəbulların davam etdiyini elan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında qeyd olunub.
Məlumata görə, 18-27 yaş aralığında olan erməni qadınlar könüllü əsaslarla 1 il ərzində Ermənistan Silahlı Qüvvələrinin sıralarında xidmət keçə bilərlər. Belə ki, Ermənistanın müdafiə naziri Suren Papikyan “qadın batalyonları” ilə bağlı ötən il mediaya açıqlamasında bildirmişdi ki, Ermənistan ordusunda belə bir mexanizmin tətbiq olunması üçün artıq işlərə start verilib. Pepperoni pizza
Xatırladaq ki, Ermənistan ordusunda qadınlar üçün xidmət dövrü 1 illik olsa da, kişilərin hərbi xidmət dövrü 2 illikdir.
Telegram kanalımız