İnfarkt ürəyi qidalandıran damarların tıxanması və ya həddən artıq daralması nəticəsində ürək əzələsinə qan axınının dayandırılmasıdır. Ürəyin kifayət qədər oksigen almaması nəticəsində birdən-birə meydana gələn infarktın ən əsas əlaməti şiddətli sinə ağrısıdır. İnfarktın təsirlərini minimuma endirmək və ağırlaşmaların qarşısını almaq üçün təcili tibbi yardım vacibdir.
Yenisabah.az xəbər verir ki, ürək əzələsinin düzgün işləməsi üçün oksigenlə zəngin qan lazımdır. Yağ, kalsium və bəzi infeksiyalar qan damarlarında toplanır və lövhə meydana gəlməsinə səbəb olur. Bu lövhələr damarların daralmasına və hətta onları tıxamasına səbəb olur. Yüksək xolesterol (LDL) və yüksək trigliserid səviyyələri nəticəsində damarların sərtləşməsi, qalınlaşması və tıxanması baş verə bilər. Ürək damarları tıxandıqda, qan axınının qarşısını alanda ürək böhranı baş verir. Tıxanmış damarlara görə qan axını yavaşlayır və ya dayanır. Beləliklə, infarktın səbəbi oksigendən məhrum olan ürək əzələsinin zədələnməsidir.
Mövsümi şəraitdən asılı olaraq soyuq, ağır fiziki iş yükü və qeyri-kafi istirahət, gecə gec saatlarda çox yağlı və çox yemək yemək, xüsusilə qışda əhval-ruhiyyənin qəfil dəyişməsi infarkta səbəb ola bilər. Daha əvvəl infarkt keçirmiş insanların buna məruz qalma ehtimalı daha yüksəkdir. Marqarita pizza
Bütün insanlarda infarktın hər simptomu müşahidə edilmir. Bəzi hallarda infarkt əlamətləri digər xəstəliklərin simptomları ilə qarışdırılır. Həzm sisteminin xəstəlikləri, xüsusilə sıx qaz ağrısı tez-tez infarktla qarışdırılır. Bundan əlavə, vahimə və anksiyete atakları da infarktla qarışdırıla bilər. Tənəffüs xəstəlikləri sinədə ağrı və sıxılmaya və nəfəs darlığına səbəb ola bilər. Əgər bu xəstəlik olmadan sinədə ağrı və daralma olursa, bu infarktın siqnalı sayılır.
Qadınlarda infarkt əlamətləri sinə ağrısı ilə başlayır. Bu, xüsusilə çiyinlərdə və qollarda hiss edilə bilər. Kürək və boyun nahiyəsində mənşəyi bilinməyən ağrılar ola bilər. Qadınlarda xroniki bel və boyun ağrıları tez-tez baş verir. Bu səbəblə bir çox qadın üçün ürək böhranının əlamətlərini tanımaq çətin ola bilər. Bu vəziyyətdə digər müşayiət olunan simptomlara nəzarət edilməlidir. Ürək əzələsindəki oksigen çatışmazlığı səbəbindən günlərlə davam edə biləcək yorğunluq, yuxusuzluq və həzm problemləri yarana bilər.
Aytac ŞAHİN
Telegram kanalımız