Bu əməkdaşların maaşı ilə bağlı   BAŞ NAZİRDƏN YENİ QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Bu əməkdaşların maaşı ilə bağlı BAŞ NAZİRDƏN YENİ QƏRAR

Sosial

17 Mart 2025 14:36 4513


“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib. pizza hut

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Baş nazirin digər qərarına əsasən, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının 2 və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    İLLƏRLƏ PEDAQOJİ FƏALİYYƏT GÖSTƏRƏN MÜƏLLİMLƏRİN PENSİYALARI NİYƏ M MƏVACİB ALANLARDAN DƏFƏLƏRLƏ AZ OLMALIDIR AY. BAŞ NAZİR? 8.1 ?İZ ARTIMLA SİZ YAŞAYA BİLƏRSİNİZMİ? YAĞIN 1KQ- I 28 MANATDIR.
    1 year ago