Bu epidemiya sürətlə yayılır

saytların hazırlanması

Evə çatdırılma

Bu epidemiya sürətlə yayılır

Dünya

23 Noyabr 2024 08:49 544


Kanadada 2015-ci ildən bəri ən böyük qızılca epidemiyası yayılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, bu ilin əvvəlindən ölkədə 130 qızılcaya yoluxma halı qeydə alınıb və bir nəfər ölüb. Epidemiya ölkənin altı regionunda - Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Brunsvik, Ontario və Saskaçevanda qeydə alınıb. Son bir həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub. Toyuqlu pizza

2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə 12 yoluxma faktını qeydə alıb. Kanadada sonuncu dəfə 2015-ci ildə qızılca xəstəliyinə 113 nəfər yoluxmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!