Bu ərazilərdə duman var

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə duman var

Sosial

24 Mart 2026 11:45 452


Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatına əsasən martın 23-ü günün birinci yarısında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.

“Yeni Sabah” xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır. pizza hut

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 21, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!