Bu ərazilərə güclü yağış yağıb

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə güclü yağış yağıb

Sosial

05 May 2025 10:01 638


Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 26, Yardımlı və Neftçalada 16, Lənkəranda 15, Astarada 14, Naxçıvanda 12, Ordubad, Cəlilabad və Culfada 10, Şahbuzda 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Cəfərxanda 6, Daşkəsən, İmişli, Kürdəmir, Biləsuvar və Şərurda 5, Sabirabad, Qobustan, Ağdam, İsmayıllı, Şamaxı, Göygöl, Gəncə, Tərtər, Göyçay, Zərdab, Beyləqan, Sədərək, Ağstafa, Goranboy, Naftalan, Ceyrançöl, Zaqatala, Altıağac, Balakən, Şəki, Qəbələ, Qusar, Xaltan, Mingəçevir, Yevlax, Bərdə və Gədəbəydə 4 mm-dək təşkil edir. pizza mizza

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Qax, Şəki, Qrız, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik və Cəfərxanda duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 16, Naxçıvan MR-da 14, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!