Bu ərazilərə qar yağacaq –   Plan quranlara xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə qar yağacaq – Plan quranlara xəbərdarlıq

Dünya

01 Fevral 2025 10:19 295


Türkiyədə hava yenidən kəskin dəyişir.

Yenisabah.az növbəti günlər ərzində qardaş ölkəyə səfər planı hazırlayan şəxslərə hava proqnozunu təqdim edir:

Türkiyənin Meteorologiya Nazirliyindən verilən məlumatda qeyd edilib ki, İstanbul başda olmaqla növbəti 10 gün ərzində temperatur aşağı düşəcək. Qar yağışı gözlənilir. Son qiymətləndirmələrə görə, ölkənin qərb bölgələrinin yerlərdə çox buludlu olacağı, Egey dənizinin sahilyanı rayonlarının günorta saatlarından sonra leysan xarakterli olacağı, digər yerlərdə isə dəyişkən buludlu olacağı təxmin edilir. Daxili və şərq rayonlarında buz və şaxta, Mərmərə, daxili və şərq rayonlarında bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərqi Qara Dəniz Bölgəsinin daxili ərazilərinin yüksəkliklərində və Şərqi Anadolunun hündür və sıldırım yamaclarında uçqun təhlükəsi var. Dördpendirli pizza

Xəbərdarlıqlarda 5-6 gün davam edəcək soyuq və yağışlı hava ilə bağlı vətəndaşların indidən tədbir görmələri vurğulanıb.

Digər tərəfdən, Meteorologiyanın hava xəritəsinə görə, 6-7 fevral tarixləri arasında İstanbul üçün qar xəbərdarlığı edilib. Bazar ertəsi və çərşənbə axşamından etibarən qərbdən gələn qarlar ölkəyə daxil olacaq.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!