“Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir” - İcma

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir” - İcma

Siyasət

05 Oktyabr 2024 19:56 660


Qərbi Azərbaycan İcması Fransanın Azərbaycanın imicini ləkələmək məqsədilə COP29-un keçirilməsinə az qalmış daha da gücləndirdiyi əbəs səyləri qınayır.

Yenisabah.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd olunub:

"Düçar olduğu uğursuzluqlardan getdikcə daha da ümidsizləşən Fransa ucuz təxribatlara əl atmaqdadır. Son olaraq, Bordo şəhərinin merinin müavini Loran Qiyominin COP29-a qatılmaq bəhanəsi ilə elektrik velosipedi ilə Avropa səyahəti şousu belə bir təxribat nümunəsidir. Bu, ötən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamıdır. Fransanın bu cür dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir". Dominos pizza

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu cür ucuz şoulara inanmamağa və Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həllində önəmli rol oynadığı bir dövrdə ölkəmizə dəstək verməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!